May 02, 2021 19:02 Asia/Baku
  • İran üçün özünəməxsus məhsul; zirinc

Zirinc İran üçün özünəməxsus bir məhsuldur. Dünyadakı zirincin 98 faizindən çoxu İranda istehsal olunur və bu səbəbdən, ixrac üçün çox münasib və strateji bir məhsuldur.

Müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı milli səviyyədə bu əlavə dəyərin yaranmasına səbəb olur, ancaq yalnız İranda istehsal olunan bəzi xüsusi və özünəməxsus məhsulların mövcudluğu, bu sektorun əhəmiyyətini ikiqat artırıbdır.

Bu xüsusiyyətə malik olan az sayda məhsuldan biri də toxumsuz zirincidir.

Suvarmaya az ehtiyacı olduğuna görə, zirinc bu bölgənin torpaq və duzlu şəraitinə uyğunlaşa bilibdir.

Zəhmətkeş əkinçilərin və bağbanların səyləri nəticəsində Cənubi Xorasan vilayəti dünyada zirinc istehsalçılarından biridir. Bu zirincin İranda və dünyada deməyə sözü var.

İranda ən çox zirinc istehsalı həcmi Cənubi Xorasan vilayətinə aiddir. Vilayətin müvafiq olaraq, iki şəhəri- Qaenat və Bircənd bu məhsulun ən iri istehsalçılarıdırlar.

Cənubi Xorasanda zirinc yığımı sentyabrın sonlarından başlanaraq, noyabrın əvvələrinə qədər davam edir.

Cənubi Xorasan vilayətinin məsul şəxslərinin sözlərinə görə, hər il bu vilayətdə 40 min tondan çox zirinc yığılır.

Teqlər