May 03, 2021 12:25 Asia/Baku
  • İran rəsmisi məhbusların mübadiləsi üzrə razılaşma xəbərini təsdiqləməyib

İranın BMT-dəki daimi nümayəndəsi bu ölkə ilə ABŞ arasında tutulanların mübadiləsinə dair razılığının əldə edilməsi xəbərini təsdiqləməyib.

SəhərAzəri xəbər verir ki, Məcid Təxti-Rəvançi bəzi media mənbələri tərəfindən İranla ABŞ arasında 8 məhbusun mübadiləsi, həmçinin İranın bloklanmış 7 milyard dollar vəsaitinin azad edilməsinə dair razılığın əldə edilməsi barədə yayılan xəbərlərə reaksiyada deyib: "Bu xəbərlər həqiqəti əks etdirmir".

O, əlavə edib ki, İran hər zaman iki ölkə məhbuslarının geniş mübadiləsini vurğulayıb.

İran İslam Respublikası dəfələrlə hər iki tərəfin məhbuslarının mübadiləsini təklif edib, lakin ABŞ tərəfi əsassız bəhanələrlə bu məsələdən boyun qaçırıb".

Bəzi İranlılar təkcə ABŞ-ın İrana qarşı qanunsuz və birtərəfli sanksiyalarına məhəl qoymamaq ittihamı ilə bu ölkə həbsxanalarındadırlar.

Teqlər