May 04, 2021 21:00 Asia/Baku
  • İranda Qüdsi-Şərif üzrə beynəlxalq konfrans işə başlayıb

Ümumdünya Qüds gününün qeyd olunması məqsədilə müxtəlif ölkələrdən olan milli və beynəlxalq şəxsiyyətlərin iştirakı ilə Qüdsi-Şərif üzrə ikinci beynəlxalq konfrans İranın Qom şəhərində virtual formada işə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Qüdsi-Şərif üzrə ikinci beynəlxalq konfrans İran, Fələstin, Malayziya, Hindistan, Əfqanıstan, Pakistan, Fransa, Argentina, İraq, Türkiyə, Çili, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Suriya, İngiltərə, Kanada və Tunisdən olan otuz elmi və mədəni şəxsiyyətin çıxışı ilə keçiriləcək.

«Fələstin və insan haqları», «Fələstin və sionist rejimin Qüdsi-Şərifi işğal etmək üzrə hiylələri, BMT-nin Fələstin, Qüdsi-Şərif və İslam Ümmətinə dair qətnamələri konfransda nəzərdən keçiriləcək ən mühüm istiqamətlərdəndir.

Bu konfransda ediləcək çıxışlar eyni zamanda fars, ingilis və ərəb dillərində yayılacaq.

Mayın yeddisi, Ümumdünya Qüds günüdür.

Teqlər