May 06, 2021 14:35 Asia/Baku
  • Amerika İranın yeni nəsil sentrifuqalarının məhvinə çağırıb

Press TV telekanalının təcili yaydığı xəbərə əsasən, nüvə anlaşması müzakirələrində İranın qarşı tərəflərinin tamahkarlıqları davam edir.

SəhərAzəri  xəbər verir ki, bu dəfə ABŞ və Avropa İranın IR-4, IR-6 və IR-9 tipli yeni nəsil sentrifuqalarının məhvinə çağırıblar.

Amerika və Avropa nüvə anlaşması üzrə bəzi sanksiyaların hələlik dayandırılması qarşılığında bu çağırışı ediblər. Lakin Amerika hələ sanksiyaları ləğv etməyə və nüvə anlaşmasındakı öhdəliklərini icra etməyə hazır olmayıbdır.

Press TV amerikalı və avropalı tərəflərin nüvə anlaşması üzrə bəzi sanksiyaların ləğvi deyil, hələlik dayandırılması qarşılığında Vyana müzakirələrində İran İslam Respublikasına yeni öhdəliklər qəbul etdirmək fikrində olduqlarından xəbərdar olub. Yeni nəsil sentrifuqalarının məhvi, məhz yeni tamahkarlıq tələblərindəndir.

Qeyd edək ki, hətta nüvə anlaşmasına əsasən belə, iki tərəfin anlaşmaya qayıdışının yekunlaşması təqdirində, bu sentrifuqalar məhv edilməməli və sırf olaraq, agentliyin nəzarəti altında saxlanılmalıdır.

Press TV-nin dəyərləndirməsinə əsasən, qərblilərin bu tamahkarlığı və israrı, nüvə anlaşması müzakirələri prosesini uğursuz qoya bilər.

Teqlər