Fitr bayramı münasibətilə
Ruhani İslam ölkələrinin başçılarını təbrik etdi
İran İslam Respublikasının prezidenti dünya müsəlmanları arasında dostluq və qardaşlığın daha da möhkəmlənməsini arzu edib.
SəhərAzəri-nin məlumatına əsasən, Həsən Ruhaninin təbrik müraciətində deyilir: “İnanıram ki, müsəlmam ölkələrinin başçılarının iradəsi və səyi nəricəsində xalqlarımız arasındakı dostluq bağları daha da möhkəmlənəcək. Və İslam mədəniyyətinin bütün dünyada yayılmasının şahidi olacağıq.”
Prezident qeyd edib ki, Fitr bayramı insanın öz fitrətinə qayıdışının və saleh bəndələrin sevinc mövsümünün bayramıdır ki, öz vücudlarını təmizləmiş və İlahinin dərgahında başıuca öz bəndəliklərinə fəxr edirlər.
Müraciətin sonunda bu səadətli bayramın bərəkəti ilə koronavirus probleminin tezliklə bütün dünyada həll olunacağına ümidvarlıq ifadə olunub.