May 18, 2021 19:24 Asia/Baku
  • Zərif: “Daha çox uşağın öldürülməsi üçün İsrail rejiminə raketlər verilir”

İranın XİN başçısı Birləşmiş Ştatları İsrailə modern silah verməklə fələstinli uşaqların qətliamında rol oynamaqda ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif blokada altındakı Qəzzəyə şiddətli hücumlarını davam etdirən İsrail rejimi üçün 735 milyon dollarlıq dəqiq idarə olunan sursatların satışını təsdiqləyən və BMT Təhlükəsizlik Şurasında hücumları dayandırmaq üçün edilən cəhdlərə mane olan ABŞ rəhbərliyinə reaksiya verib.

Zərif Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “Amerikanın istehsal etdiyi sursatlar günahsız fələstinlilərin üzərində yağdığı bir vaxtda, ABŞ sionist İsrail rejiminə 735 milyon dollarlıq dəqiq raketlər verir ki, daha çox uşağı daha çox dəqiqliklə öldürsün”.

ABŞ-ın BMT TŞ-nin İsrail rejiminin Fələstindəki hücumları ilə bağlı planlaşdırdığı birgə bəyanatı da blokladığına diqqət çəkən Zərif, belə qeyd edib: “ABŞ mümkün qədər yüngül BMT TŞ bəyanatını belə əngəlləyir. Dünya İsrail və dəstəkçisinin necə iyrənc üzlərini göstərdiyinə baxır”.

Teqlər