May 20, 2021 13:32 Asia/Baku
  • İran prezidentinin iştirakı ilə iri neft-kimya layihələri istifadəyə verilib

İran prezidentinin iştirakı ilə ölkədə bir neçə iri neft-kimya layihələri istifadəyə verilib.

SəhərAzəri-nin verdiyi məlumata görə, İranın cənubunda yerləşən Buşehr və cənub-qərbində yerləşən Xuzistan vilayətlərində bir neçə iri neft-kimya layihəsinin istifadəyə verilməsi mərasimi bu gün İran prezidenti Həsən Ruhaninin iştirakı ilə video-formatda Tehranın Hafeziyye kompleksində keçirilib.

Milli layihələrin açılışı üzrə 68-ci proqramda öncə İranın neft naziri Bijən Namdar Zəngəneh nazirliyin neft-kimya sahəsindəki layihə və proqramları barədə məlumat verib, sonra isə bu layihələrin istifadəyə verilməsi başlanıb.

İldə əlli min ton pentan və heksan tutumlu Əsəluyə «Həlledici İksir» layihəsi, ildə bir milyon 700 min ton tutumlu Məscede Soleyman «Karbamid və Ammonyak» layihəsi və ildə bir milyon 650 min tonluq tutumlu Səbalan metanol layihəsi ilk dəfə olaraq İranın neft-kimya sənayesində icra olunub.

Bugünkü layihələrin istifadəyə verilməsilə ötən bir ildə İranın neft-kimya sənayesində 25 milyon tonluq tutuma malik/ on yeddi layihə istifadəyə verilib.

Teqlər