May 22, 2021 18:13 Asia/Baku
  • Ruhani İsrailə dəstək verən Qərb dövlətlərini hədəfə aldı

İran İslam Respublikasının prezidenti sionist İsrail rejiminin Qəzzəyə hücumları zamanı dəstək verən bəzi Qərb ölkələrini tənqid edib.

 SəhərAzəri-nin məlumatına əsasən, Həsən Ruhani verdiyi açıqlamada vurğulayıb ki, bütün dünyada xalqlar İsrailə etiraz etdiyi bir vaxtda bəzi Qərb dövlətləri İsrail rejiminə dəstək verərək, yanlış addım atdılar.  

Prezident bəzi Qrəb ölkələrinin son ana qədər susmalarını da anlamadıqlarını sözlərinə əlavə edib.   O qeyd edib ki, Qəzzə zolağındakı müqavimət cəbhəsinin verdiyi cavab çox dəyərli idi. 

Teqlər