May 24, 2021 20:54 Asia/Baku
  • Zərif mayın 25-də Bakıda rəsmi səfərdə olacaq

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi bu ölkənin XİN başçısının Bakıya səfəri barədə açıqlama verib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfərində əsas məqsəd ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.

Səfirlikdən bildirilib ki, Zərif Bakıda yüksək vəzifəli şəxslərlə görüşəcək.

İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən və bütün ərazilərin bu ölkəyə qaytarılmasına çağıran İran rəhbərliyi hesab edir ki, sərhədlərin toxunulmazlığı və ölkələrin ərazi bütölüyünə hörmət çərçivəsində Cənubi Qafqazda davamlı sülhün bərqərarına yeni imkanlar yaranıb və bunun üçün 3+3 formatında regional əlaqələrin inkişafına nail olmaq mümkündür. Belə ki, kənar qüvvələrin müdaxiləsindən uzaq 3 Cənubi Qafqaz ölkəsi və onların yaxın qonşuları olan İran İslam Respublikası, Rusiya və Türkiyənin iştirakı bu gün vacib məsələdir. Və məhz bu əməkdaşlıq sayəsində mümkün münaqişələri önləmək olar. 

M.C.Zərifin Bakı səfərində bu kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Bundan əlavə iranlı nazir ölkəsinin post-müharibə dövründəki yenidənqurma işlərinə töhfə verə biləcəyini də Azərbaycan rəsmilərinin diqqətinə çatdıracaqdır. 

Teqlər