"Vurub qaçmaq dövrü başa çatıb"
https://azeri.sahartv.ir/news/İran-i377516-vurub_qaçmaq_dövrü_başa_çatıb
Sionistlər bilməlidirlər ki, vurub qaçmaq dövrü başa çatıb. Bunu, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2021 08:26 Asia/Baku

Sionistlər bilməlidirlər ki, vurub qaçmaq dövrü başa çatıb. Bunu, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, «Russia Əlyəum» informasiya kanalı ilə müsahibədə Fələstinin qüdrətinin artmasına işarə edən general-mayor pasdar Hüseyn Salami bildirib ki, yeni Fələstin formalaşıbdır.

Onun sözlərinə görə, son savaş sionist rejimin hesablamalarına güclü Fələstini qəbul etdirdi.

General Salami həmçinin bildirib ki, fələstinlilər gündən-günə daha da qüdrətli olacaqlar.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı habelə vurğulayıb ki, İran xalqı seçkilərdə geniş iştirakla bağlı İslam İnqilabının Böyük Rəhbərinin tövsiyələrinə ləbbeyk deyəcək.