May 31, 2021 13:54 Asia/Baku
  • Vyanada əsas mövzuların həllinə çatmışıq

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Vyana müzakirələri mühüm cəhətlərə çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə deyib ki, müzakirələr yaxşı və diqqətəlayiq irəliləyişlərə malik olub, lakin əsas mövzular qalıbdır.

Səid Xətibzadə əyani formada keçirilən daxili və xarici müxbirlərlə həftəlik brifinqində xarici siyasət sahəsindəki son olayları şərh edərək, jurnalistlərin suallarını cavablandırıb.

İranın bu yüksək vəzifəli diplomatı Rusiyanın Vyana müzakirələrindəki nümayəndəsi Ulyanovun sözləri, həmçinin hələlik altıncı tur üçün bir proqramın olmaması və hazırkı turun sonuncu tur olması ehtimalına dair suala cavab verib.

İran İslam Respublikasının mövqeyini əvvəllər demişəm. Bİz Vyanada həyata keçirdiyimiz müzakirələri lazım olan diqqət və həssaslıqla irəlilədirik. Hər bir tur sonuncu tur ola bilərdi, lakin bəzi yerdə qalan mövzular növbəti tura yol açıbdır- deyə Xətibzadə bildirib.

Xətibzadə «Amerika tərəfindən sanksiyaların ləğvi ilə bağlı faktaraşdırıcı bir mexanizm nəzərdə tutulubdurmu?» sualını belə cavablandırıb: Amerikanın nüvə anlaşması üzrə bütün sanksiyaları aradan qaldırılmalıdır. Faktaraşdırıcılıq Vyanada bəhs olunan formullarda həyata keçiriləcək və sonra İran öz əvəzçıxma addımlarını geriyə qaytaracaq.

Teqlər