İran-Azərbaycan Respublikası əlaqələri strateji səviyyəyə yüksəlib
https://azeri.sahartv.ir/news/İran-i377551-İran_azərbaycan_respublikası_əlaqələri_strateji_səviyyəyə_yüksəlib
İran prezident administrasiyasının başçısı deyib ki, İran-Azərbaycan Respublikası əlaqələri bütün cəhətlərdə strateji səviyyəyə yüksəlib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 31, 2021 10:07 Asia/Baku
  • İran-Azərbaycan Respublikası əlaqələri strateji səviyyəyə yüksəlib

İran prezident administrasiyasının başçısı deyib ki, İran-Azərbaycan Respublikası əlaqələri bütün cəhətlərdə strateji səviyyəyə yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən,İran İslam Respublikası prezident administrasiyasının başçısı Mahmud Vaezi Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev ilə görüşdə iki ölkənin etnik, mədəni və tarixi ortaqlıqlarına işarə edərək, bildirib ki, İran müxtəlif zaman kəsiklərində və bütün həssas şəraitlərdə Azərbaycan Respublikasının dövləti və xalqının kənarında olub və iki ölkə arasında bütün sahələrdə möhkəm əlaqələr bərqərardır.

İran prezident administrasiyasının başçısı deyib ki, Amerikanın zalımcasına sanksiyalarına görə dayanmış layihələrin icrasına hazırlıqlar görülməlidir və onları öz xalqlarımızın maraqları istiqamətində fəal etməliyik.

Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayev də bu görüşdə bildirib ki, İran İslam Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi ölkəsinin xarici siyasətinin prioritetində durur.

O həmçinin bildirib ki, iki ölkənin energetika, nəqliyyat, sənaye, kənd təsərrüfatı və turizm də daxil olmaqla müxtəlif sektorlarda daha artıq həmkarlıqları üçün olduqca yüksək imkanlar mövcuddur.