İraqçi: "Vyana danışıqlarındakı fikir ayrılıqları həll olunasıdır"
https://azeri.sahartv.ir/news/İran-i377629-İraqçi_vyana_danışıqlarındakı_fikir_ayrılıqları_həll_olunasıdır
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: "Nüvə anlaşması üzrə birgə komissiyanın Vyanadakı danışıqlarında fikir ayrılıqları elə bir nöqtəyə çatıbdır ki, bütün üzvlərin fikrincə həll olunasıdır".
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 02, 2021 18:43 Asia/Baku
  • İraqçi:

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: "Nüvə anlaşması üzrə birgə komissiyanın Vyanadakı danışıqlarında fikir ayrılıqları elə bir nöqtəyə çatıbdır ki, bütün üzvlərin fikrincə həll olunasıdır".

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Abbas İraqçi bu gecə nüvə anlaşması üzrə birgə komissiyanın iclasında geri dönmə tarixi barədə qərar veriləcəyini bəyan edərək, əlavə edib: "Bütün heyətlər danışıqlarda qərarlıdırlar və tam ciddilik mövcuddur".

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini əlavə edib: "Çox ehtimal ki, bu axşam keçiriləcək iclasdan sonra keçmişdə olduğu kimi, Tehranda bir sıra məsləhətləşmələrdən sonra yenidən Vyanaya geri dönəcəyik".

Nüvə anlaşması üzrə birgə komissiyanın iclası, İran və 4+1 qrupunun nümayəndə heyətlərinin iştirakı ilə bu gecə Vyanada keçiriləcək.