Zərif: "Güclərin bütün fitnələrinə baxmayaraq, bu gün İran xalqı başıuca dayanıbdır"
https://azeri.sahartv.ir/news/İran-i377631-zərif_güclərin_bütün_fitnələrinə_baxmayaraq_bu_gün_İran_xalqı_başıuca_dayanıbdır
İran xarici işlər naziri deyib: "Güclərin bütün fitnələrinə baxmayaraq, bu gün İran xalqı hələ də başıuca dayanıbdır"
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2021 18:58 Asia/Baku
  • Zərif:

İran xarici işlər naziri deyib: "Güclərin bütün fitnələrinə baxmayaraq, bu gün İran xalqı hələ də başıuca dayanıbdır"

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif "İmam Xomeyninin (r.ə) baxışında siyasi diskursiya" mövzusunda, onlayn formatında keçirilən beynəlxalq konfransda İran İslam İnqilabının beynəlxalq quruluşun inkişafındakı roluna toxunaraq, deyib: "İslam İnqilabı və İmam Xomeyni (r.ə) açıq şəkildə göstərdilər ki, maddi güc dünyadakı gücün yeganə komponenti deyil və bu insanların iradəsi və xalqa güvənmək qüvvəsidir ki, beynəlxalq quruluşda həlledici rol oynayır".

İran xarici işlər naziri, həmçinin Fələstin müqavimətinin sionist rejimin Qəzzəyə qarşı son hücumuna qəti cavabına toxunaraq, deyib: "Hazırda sionistlərin "Dəmir Günbəz"ini aciz hala gətirən şey, Fələstin xalqının sionist rejimin aparteidi və irqçi siyasətləri qarşısında öz bacarıqlarına və özünü müdafiə etmək hüquqlarına inamıdır".