İran korrupsiyadan irəli gələn maliyyələrin beynəlxalq ekstradisiyasını istəyib
İranın ədliyyə naziri BMT Baş Assambleyasının Korrupsiyaya Qarşı Mübarizə üzrə siyasi bəyanatının qəbul edilməsini alqışlayaraq, korrupsiyadan irəli gələn maliyyələrin ekstradisiyası istiqamətində beynəlxalq əməkdaşlığa çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən,İranın ədliyyə naziri Əlireza Avini BMT Baş Assambleyasının "Korrupsiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üzrə problem və tədbirlər" mövzusunda keçirilən xüsusi iclasında etdiyi çıxışında, korrupsiyaya qarşı mübarizə haqqında konvensiyanın qəbul edilməsindən 20 ilin ötməsinə işarə edib.
O, ən mühümü, korrupsiyadan irəli gələn maliyyələrin qaytarılmasında özünü göstərən beynəlxalq əməkdaşlığı pozan hərəkətlərə diqqətin önəmi, həmçinin korrupsiya ilə mübarizə və bu bəyannamənin məqsədlərinin reallaşmasında beynəlxalq həmkarlıq, kriminalizasiya və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində İran İslam Respublikasının öhdəliyinə təkid edib.
Digər bir cəmiyyət tərəfindən bir cəmiyyətin zəhmətindən bəhrələnməni tənqid edən Avini vurğulayıb ki, istər qanunsuz əmlakın saxlanıldığı ölkələrin siyasi iradəsinin mane olması, istərsə də birtərəfli qanunsuz sanksiyalar maneəsi olsun,/ əmlak və aktivlərin qaytarılması yolundakı bütün maneələr aradan qaldırılmalıdır.
BMT Baş Assambleyasının "Korrupsiyaya qarşı mübarizə və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üzrə problem və tədbirlər" mövzulu xüsusi iclası virtual formada iyunun 2-dən 4-dək BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilir.
KORRUPSİYADAN İRƏLİ GƏLƏN AKTİVLƏRİN QAYTARILMASINA TƏKİD