İran birtərəfli sanksiyaları bəşəriyyətə qarşı cinayət adlandırıb
İranın BMT-dəki daimi nümayəndəsi sanksiya kimi birtərəfli sərt tədbirlər/i qanunsuz, etikadan uzaq, insanlığa zidd, hərbi cinayətin nümunəsi və bəşəriyyətə qarşı cinayət adlandırıb.
Məcid Təxte Rəvançi bu mətləbi İran ilə doqquz digər ölkənin təşəbbüsü ilə keçirilən/ hədəfə alınmış ölkələrin xalqlarına qarşı birtərəfli hərəkətlərin təsirlərinin araşdırılması üzrə virtual yığıncaqda söyləyib.
Koronavirusun kəskin zərbəsi altında qərar tapmış bir ölkə olan İran İslam Respublikası uzunmüddətli sanksiyalara məruz qalıb. Bu qanunsuz hərəkətlər bankları və maliyyə müəssisələrini İranla ticarət və maliyyə tranzaksiyasından çəkindiribdir-deyə İranın BMT-dəki daimi nümayəndəsi vurğulayıb.
O bildirib ki, Amerikanın birtərəfli sanksiyaları müalicə şəraiti və xəstəliyin təsiri altında olan iranlı şəxslərə daha çox əzab verir. Nəticədə günahsız insanlar, uşaqlar və qadınların/ həyatlarını itirmələri üzrə illik göstərici artıbdır.
«Sanksiyalar tez zərər çəkə bilən təbəqələri başqalarından daha çox hədəfə alıb» deyən İranın BMT-dəki daimi nümayəndəsi bildirib ki, sanksiyalar, kimyəvi müalicə alan şəxslər, kəpənəklər xəstələri və onkoloji xəstələr xüsusiyyət təşkil etməklə xəstələr üçün müalicə ehtiyacları və dərman təminatını çətinləşdiribdir.
İRAN: BİRTƏRƏFLİ SANKSİYALAR BƏŞƏRİYYƏTƏ ZİDD CİNAYƏTDİR