Zərif: "ABŞ iqtisadi müharibəni danışıqlarda bir təzyiq vasitəsi kimi istifadə etməməlidir"
İran İslam Respublikasının xarici işlər naziri cümə günü Tvitter səhifəsində etdiyi paylaşımda, britaniyalı həmkarı Dominik Raab ilə telefon danışığı apardığını bildirərək, danışıq zamanı, ABŞ-ın nüvə anlaşması üzərindəki bütün öhdəliklərinə tam şəkildə qayıtmalı olduğunu və iqtisadi müharibədən İrana qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmalı olduğunu onun diqqətinə çatdırdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif, həmçinin söhbət zamanı hər iki tərəfin nüvə sazişinə sadiqliyin yenidən təmin olunması barədə razılığa gəldiklərini bildirib.
Zərif sözlərinin davamında Britaniyanın xarici işlər naziri ilə ikitərəfli və konsulluq məsələlərini müzakirə etdiyini də bildirib.
Xatırladaq ki, ABŞ 2018-ci ilin may ayında və Donald Trampın hakimiyyəti dövründə qanunsuz və birtərəfli şəkildə nüvə anlaşmasından çıxdı və nüvə sanksiyalarının bərpası ilə yanaşı maksimum təzyiq kampaniyası istiqamətində Tehrana qarşı geniş sanksiyalar tətbiq etdi.