İran Ousunun dəniz qoşunları eskadrasının Atlantik Okeanında qüdrətli iştirakı
İran İslam Respublikası Ordusu komandanının koordinator müavini vurğulayıb ki, beynəlxalq sularda iştirak, ordunun strateji dəniz qüvvələrinin qəti haqqıdır və bu yol qüdrətlə davam edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, kontr-admiral Həbibullah Səyyari bildirib ki, İran İslam Respublikası Ordusunun strateji dəniz qüvvələrinin 77-ci eskadrası, o sıradan tam İran məhsulu olan «Səhənd» destroyeri və «Məkran» gəmi-limanı ilk dəfə olaraq və İran İslam Respublikası quruluşunun dənizçilik sahəsindəki qüdrətini göstərmək məqsədilə Atlantik Okeanında iştirak edir.
Kontr-admiral Səyyari sonra deyib ki, bu eskadra otuz gün dənizçilikdən sonra altı min dəniz mili, yəni on iki min kilometrə yaxın bir məsafəni qət edərək, hazırda Atlantik Okeanındadır.
Kontr-admiral Səyyarinin sözlərinə görə, ordunun dəniz qüvvələri eskadralarının azad sulardakı iştirakı, beynəlxalq dəniz qanunları əsasında həyata keçir və bu eskadra ilk dəfə olaraq və digər ölkələrin limanlarına yan almadan Atlantik Okeanına daxil olub. Bu qüdrətli iştirak İran İslam Respublikasının gücü və dəniz bacarığından xəbər verir.
«Atlantik Okeanına getmək istədiyimizi elan edərkən dünya imperializmi də daxil olmaqla bəzi ölkələr bildirdilər ki, İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinin belə bir iş görmək qüdrəti yoxdur, amma əməldə gördülər ki, bu işi qüdrətlə yerinə yetirdik»-deyə İran İslam Respublikası Ordusu komandanının koordinator müavini vurğulayıb.
Kontr-admiral Səyyari bildirib ki, ordunun strateji dəniz qüvvələrinin tapşırığı, İran İslam Respublikasının dənizlərdəki maraqları və mənbələrini qorumaq və su sərhədlərini müdafiə etməkdir.