İyun 15, 2021 17:21 Asia/Baku
  • Netanyahunun 12 illik iqtidardan getməsi “zalımın süqutu”dur

ranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Benyamin Netanyahunun işğal altındakı Fələstində 12 illik iqtidarının sona çatmasına Tvitterdəki yazısı ilə “zalımın süqutu” ifadəsini istifadə edərək reaksiya verib.

SəhərAzəri-nin məlumatına əsasən, Zərif Tvitter mesajında Netanyahudan bəhs etmədən ərəb dilində bunları yazıb: “Fələstinlilərə qarşı uzun müddət davam edən müharibələr və təcavüzlərdən və İslam Respublikasına qarşı təhdidlərdən sonra yıxılan tərəf zalım oldu. Qəzzə zəfər işarəsini qaldırır və İran şanlı şərəfli yolunu getməkdədir. Bəlkə də növbəti şəxs təcavüzə və işğala əsaslanan quruluşun uzun sürməyəcəyini öyrənəcək”.

Teqlər