Böyük din xadimləri seçkilərdə iştirak ediblər
Qum şəhərindəki böyük din xadimləri və təqlid mərcələri səsvermənin ilk saatlarından öz səslərini seçki qutularına salıblar.
SəhərAzəri-nin məlumatına görə, böyük təqlid mərcələrindən olan Ayətullah Hoseyn Nuri Həmədani və Ayətullah Cəfər Sobhani bu gün seçkilərdə iştirak edərək, öz səslərini seçki qutularına salıblar.
Ayətullah Hoseyn Nuri Həmədani öz səsini seçki qutusuna saldıqdan sonra hamını bu seçkilərdə maksimum iştiraka çağırıb.
Ayətullah Cəfər Sobhani də bu gün səhər 13-cü prezident seçkiləri, şəhər və kənd islami şuralarının altıncı dövrünün seçkiləri, Rəhbərlik Xobreqanı Məclisinə ara seçkilərində iştirak edərək, öz səsini seçki qutularına salıbdır.
Həmçinin Nigəhban Şurasının üzvərindən Məhdi Şəbzendedar və Seyyed Mohəmmədreza Modərresi Yəzdi də öz səslərini seçki qutularına salıblar.
13-cü prezident seçkiləri, altıncı şəhər və kənd islami şuralarına seçkilər, 11-ci İslami Şura Məclisinə altı seçki dairəsi üzrə ilk ara seçkiləri və 5-ci Rəhbərlik Xobreqanı Məclisinin dörd seçki dairəsi üzrə ikinci ara seçkiləri bu gün İranda keçirilməkdədir.