İyun 20, 2021 19:44 Asia/Baku
  • Müxtəlif ölkələrin rəsmilərilə məşvərət, məhsuldar olub

İran xarici işlər naziri Antlaiya beynəlxalq diplomatiya assambleyasının iclasında müxtəlif ölkələrin rəsmilərilə məşvərəti məhsuldar adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,Məhəmməd Cavad Zərif bu gün Türkiyə və Əfqanıstanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Mohəmməd Hənif Ətmər ilə müzakirələrdən sonra IRIB ilə müsahibədə bildiribdir ki, Əfqanıstan rəsmilərinin iştirakı ilə Antlaiya beynəlxalq diplomatiya assambleyasının iclası bu ölkə barədə müzakirə üçün münasib fürsət yaratdı.

Zərif qeyd edib ki, bu üçtərəfli iclasda narkotik maddələr, qanunsuz mühacirət, təhlükəsizlik və tranzit məsələləri barədə üçtərəfli işçi qruplarının təşkili haqda qərar çıxarılıb.

Antlaiya beynəlxalq diplomatiya assambleyasının iclasının sonuncu günündə Əfqanıstan sülh prosesinin izlənilməsi və regional məsələlər barədə İran, Türkiyə və Əfqanıstan xarici işlər nazirlərinin ilk üçtərəfli iclası keçirilib.