İyun 20, 2021 19:48 Asia/Baku
  • Nüvə anlaşmasındakı qarşı tərəflərin qərar çıxarmaları zamanı gəlib çatıb

Vyana müzakirələrində İranın müzakirə heyətinin sədri vurğualyıb ki, nüvə anlaşmasındakı qarşı tərəflərin qərar çıxarmaları üzrə zaman gəlib çatıbdır.

SəhərAzəri-nin məlumatına əsasən,Seyyed Əbbas Ərqaçi bu gün Vyana müzakirələrinin altıncı gününün sonunda bu anlaşma üzrə birgə komissiyanın iclasından öncə deyib ki, hazırda anlaşma üzrə təqribən bütün sənədlərin hazır olduğu bir mövqedəyik.

Əraqçi qeyd edib ki, bəzi məsələlər həll olunub, bəziləri isə qalıbdır, amma müzakirələr tamamilə dəqiq bir forma alıb və ixtilafların cəhətlərinin nə cür olduğu tamamilə aydındır.

Əraqçinin sözlərinə görə, müzakirələr səhnəsi və ehtimal olunan bir anlaşma tamamilə aydındır və qarşı tərəflər öz qərarlarını qəbul etməlidirlər.

Müzakirələrin altıncı raundunda aparılmış məşvərətləri yekunlaşdırmaq məqsədilə nüvə anlaşması üzrə birgə komissiyanın iclası bu gün İran və 4+1 qrupu nümayəndələrinin iştirakı ilə və Amerikanın iştirakı olmadan Vyanada keçirilib.