İyun 30, 2021 14:40 Asia/Baku
  • Əbabil
    Əbabil

"Yəsir" və "Əbabil" pilotsuz təyyarələri, eləcə də İran İslam Respublikası Ordusunun Hava Hücumundan Müdafiə bölmələri gəmilərin müəyyən edilməsi əməliyyatını uğurla həyata keçirib və əldə edilən məlumatları onlayn olaraq, idarəetmə və komandanlıq mərkəzinə göndəriblər.

SəhərAzəri-nin məlumatına əsasən,  Xəzər dənizində "Davamlı Təhlükəsizlik-1400" dəniz təlimlərinin əvvəlcədən təyin edilmiş ssenarilərinə əsasən, orta mənzilli "Yəsir" və "Əbəbil" PUA-ları təlimin ümumi sahəsini izləyərək, fotoları onlayn olaraq, İdarəetmə və komandanlıq mərkəzinə göndəriblər və müxtəlif gəmilərin müəyyən edilməsi əməliyyatını tamamilə ixtisaslaşmış bir şəkildə həyata keçiriblər.

212 tipli helikopterlər və kreyserlərin dəstəyi ilə ordunun dəniz piyadaları və komandosları vasitəsilə döyüş əməliyyatları lazımi texnika və silahlardan istifadə edilərək, məşq edilmiş döyüş metodlarına əsasən və dəqiq kəşfiyyat monitorinqinə söykənərək, habelə radar tıxanma sistemlərdən istifadə ilə həyata keçirilib.

Təlimlərin davamında ordunun xüsusi təyinatlıları partizan və anti-partizan əməliyyatları və sahilə sızma əməliyyatları həyata keçirərək, əraziyə və kəsfiyyat bölgəsinə nəzarət etməyi məşq ediblər.

Yerüstü və hava hədəflərinə atəşaçma, təlimlərin növbəti etapı idi ki, veteranların təcrübələrini gənc zabitlərlə ötürməsi sayəsində uğurla həyata keçirildi.

Qeyd edək ki, İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində "Ya Hüseyn" kodu ilə "Davamlı Təhlükəsizlik-1400" adlı hərbi təlimləri bu gün səhər saatlarında başlayıb. Təlimin mesajı sülh və dostluq olacaq.

Teqlər