İran polisinin sayıqlığı ilə terror dəstəsi məhv edilib
İran İslam Respublikası polisi bir məlumatda bir terror dəstəsinin məhv və onun əsas üzvlərinin həbs edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, məlumatda deyilir ki, bir qrup təxribatçı, cəmiyyətin ümumi təhlükəsizliyinə zərbə vurmaq məqsədilə ölkə daxilində silahlı fitnəkarlıq və planlaşdırma aparıbmış ki, təqib edildikdən dərhal sonra İranın polis qüvvələrinin sutkalıq səyləri, eləcə də kəşfiyyat məlumatı və məharəti ilə bu bandanın əsas üzvləri ölkənin cənub vilayətlərində aşkar və həbs ediliblər.
Məlumatda sonra deyilir ki, lazımi texniki araşdırmalardan sonra məlum olubdur ki, bu dəstə ölkə xaricindəki terror qruplaşmalarından və dünya imperializmindən asılıdır və onlar tərəfindən himayə olunaraq, istiqamətlənidirilibdir.
Məlumatda daha sonra deyilir ki, ixtisaslaşdırılmış araşdırmaların nəticələri sonradan elan ediləcək.