Qəribabadi: "İranda tezliklə silisid yanacaq piltəsi istehsal ediləcək"
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi tezliklə Tehran reaktorunda istifadə məqsədilə İranda ilk Silisid yanacaq piltəsi istehsal ediləcəyini bəyan edərək, deyib: "Bu planla bağlı 9 gün əvvəl Agentliyə məlumat verilib və dərhal əməliyyat işlərinə başlanılıb".
SəhərAzəri-nin məlumatına əsasən, Kazim Qəribabadi İranda silisid yanacaq plitəsinin hazırlanmasına dair yayılan xəbərlərə münasibət bildirərkən, deyib: "Silisid yanacaq müasir bir nüvə yanacağıdır ki, onun texnologiyası yalnız barmaqla sayıla biləcək ölkələrin ixtiyarındadır".
Bu sahədəki tədqiqat və inkişaf fəaliyyətlərinin təxminən üç ay əvvəl təbii uranla başladığını bildirən Qəribabadi, yeni prosesdə 20 faiz zənginləşdirilmiş urandan istifadə edilərək, yeni bir yanacaq plitəsi istehsal ediləcəyini söyləyib.
"Bu hərəkət radioaktiv dərmanların keyfiyyəti və kəmiyyətini əhəmiyyətli dərəcədə artıracaq, İran İslam Respublikasını isə nüvə texnologiyası sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevirəcək", - deyə İranın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi əlavə edib.