İyul 15, 2021 15:36 Asia/Baku
  • şəhid
    şəhid

İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargahının itkinlərin axtarışı komitəsinin komandanı bildirib ki, səkkiz il müdafiə və qəhrəmanlıq dövrünün 43 şəhidinin pak cənazəsi Şələmçə beynəlxalq sərhədindən islami vətənə daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargahının itkinlərin axtarışı komitəsinin komandanı general pasdar Seyid Məhəmməd Bağırzadə deyib ki, bu şəhidlərin cənazələri ötən iki ayda göstərilən səylərlə Şəlməçə, Şərqi Dəclə, Məcnun adaları və Fəkkə əməliyyat məntəqələrində aşkar ediliblər.

Bağırzadə bildirib ki, bu şəhidlərin cənazələri “İlkin Vəlfəcr” və “Xeybər” əməliyyatlarına, eləcə də düşmənin 1988-ci ildəki əks-hücumlarına aiddir.

İran İslam Respublikası silahlı qüvvələrinin baş qərargahının itkinlərin axtarışı komitəsinin komandanı sonra bildirib ki, bu gün, cümə axşamı günü, dörd iraqlının cənazəsi də bu ölkənin rəsmilərinə təhvil veriləcək.

O, deyib ki, yenicə aşkar edilmiş şəhidlərin yarısının kimliyi müəyyən edilib və növbəti müəyyənləşdirmə mərhələləri Əhvaz və Tehranda həyata keçiriləcək.

Koronavirus pandemiyasına görə, bu mərasim xalqın iştirakı olmadan Şələmçə sərhədində keçiriləcək.

 

Teqlər