Zərif ABŞ-ın ittihamına cavab verdi
https://azeri.sahartv.ir/news/İran-i379131-zərif_abŞ_ın_ittihamına_cavab_verdi
İranın xarici işlər naziri Amerikanın İrana qarşı yeni ittihamına reaksiyada Vaşinqtona tövsiyə edibdir ki, başqalarını ittiham etməzdən öncə öz vəziyyətinə nəzər salsın.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2021 14:11 Asia/Baku
  • Zərif
    Zərif

İranın xarici işlər naziri Amerikanın İrana qarşı yeni ittihamına reaksiyada Vaşinqtona tövsiyə edibdir ki, başqalarını ittiham etməzdən öncə öz vəziyyətinə nəzər salsın.

SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Cavad Zərif bu gün Amerikanın İrana qarşı yeni ittihamına reaksiyada bir tvittdə amerikalı amillərin Haiti prezidentinin terrorunda əllərinin olmasına və Venesuela prezidentinə qarşı oxşar cəhdlərinə işarə edərək, yazıb ki, Amerikanın tabeliyində olan silahlı şəxslərin bu ölkənin ərazisində Venesuela və Haiti rəhbərlərini terror etmək üçün plan cızdıqları bir halda, Amerika dövləti başqalarını,/ aydın şəkildə gülünc və uşaqcasına cızılmış “adam oğurluğu” əməliyyatında ittiham etməklə fəal şəkildə öz cinayətkarcasına əlaqələrini gizlədir.

Zərif ABŞ başçılarına xitabən vurğulayıb ki; başqalarını ittiham etməzdən öncə öz vəziyyətinizə nəzər salın.

Amerika ədliyyə nazirliyi son zamanlar bir bəyanatda iddia etmişdi ki, FTB, İran İslam Respublikasının Amerika ərazisində dırnaqarası bir aktivisti oğurlamaq üzrə cəhdini zərərsizləşdiribdir.