İyul 20, 2021 19:43 Asia/Baku
  • Zərif
    Zərif

İranın xarici işlər naziri Azərbaycan Respublikası, Qətər və Küveytin xarici işlər nazirləri ilə məşvərət edib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə telefon söhbətində səadətli qurban bayramını təbrik edib. O, azərbaycanlı həmkarı ilə ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Zərif həmçinin Qətərin baş nazir müavini və bu ölkənin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Ali-Sani, eləcə də Küveytin xarici işlər naziri Əhməd Nasir Əlmuhəmməd Əssabah ilə telefon əlaqələrində onlarla iki ölkə əlaqələri ətrafında fikir mübadiləsi aparıb.

Zərif bu telefon danışıqlarında öz həmkarlarını səadətli qurban bayramı münasibətilə təbrik edib.

 

Teqlər