İnqilab Rəhbəri İran vaksininin ikinci dozasını vurdurublar
İyul 23, 2021 08:46 Asia/Baku
-
Həzrət Ayətullahuluzma Xamenei
İslam İnqilabının Böyük Rəhbəri bu gün günortadan öncə İran vaksini- “Kovo İran Bərəkət”in ikinci dozasını vurdurublar.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei cari il iyunun 25-də bu vaksinin birinci dozasını vurdurmuşdular.
“Kovo İran Bərəkət” vaksini gənc iranlı alim və tədqiqatçıların səylərinin məhsuludur və istehlak lisenziyasını yerli biliyə söykənməklə alıbdır.
İran dünyada koronavirus vaksini istehsal edən altı ölkədən biridir.