İranda polad istehsalı 8 faiz artıb
https://azeri.sahartv.ir/news/İran-i379452-İranda_polad_istehsalı_8_faiz_artıb
Ümumdünya Polad Assosiasiyası ən yeni hesabatında cari ilin ilk yarısında İranda polad istehsalının 8 faiz artaraq, 15 milyon tona çatdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2021 13:19 Asia/Baku
  • İranda polad istehsalı 8 faiz artıb

Ümumdünya Polad Assosiasiyası ən yeni hesabatında cari ilin ilk yarısında İranda polad istehsalının 8 faiz artaraq, 15 milyon tona çatdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Ümumdünya Polad Assosiasiyası, həmçinin İranda iyun ayında polad istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 2,5 milyon tona çatıbdığını bildirib.

Məlumata əsasən, cari ilin ilk yarısında İranda polad istehsalı 15 milyon tona çatıbdır ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artım deməkdir.

Ümumdünya Polad Assosiasiyasının məlumatına görə, İran cari ilin fevral ayında dünyanın ən böyük polad istehsalçıları arasında onuncu pillədə qərarlaşıb və indiyə kimi öz mövqeyini qoruyub saxlaya bilibdir.