İyul 26, 2021 19:40 Asia/Baku
  • ABŞ:

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli Vaşinqtonun sanksiyalarının və İrana qarşı təzyiqlərinin uğursuz olduğunu etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, o qeyd edib ki, İran İslam Respublikası öhdəliklərə qayıdacağı təqdirdə ABŞ da Hərtərəfli Birgə Fəaliyyət Planına (nüvə sazişinə) qayıtmağa hazırdır.

Robert Malli, həmçinin bildirib ki, Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq kampaniyası tam uğursuzluqla üzləşərək ABŞ-ın maraqlarına ciddi ziyan vurub: "ABŞ nüvə sazişinə qayıtmaq üçün lazım olan sanksiyaları ləğv etməyə hazırdır, lakin Tramp administrasiyası tərəfindən İrana qarşı tətbiq olunan bütün sanksiyalar aradan qaldırılmayacaq".

 

Teqlər