İyul 27, 2021 12:55 Asia/Baku
  • Razi Kovo Pars
    Razi Kovo Pars

Razi adına institutun tədqiqat məsələləri üzrə direktror müavini bildirib ki, «Razi Kovo Pars» vaksininin klinik testinin ikinci etapı tezliklə başa çatacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Razi adına vaksin və serumqayırma üzrə araşdırma institutunun tədqiqat və texnologiya məsələləri üzrə direktror müavini Məhəmməd Həsən Fəllah Mehrabadi bu gün IRNA ilə müsahibədə deyib ki, qarşıdakı bir neçə gündə «Razi Kovo Pars» vaksininin klinik testinin ikinci dozasının bütün könüllülərə aşılanmasının başa çatması ilə bu klinik test mərhələsi də sona yetəcəkdir.

«Razi Kovo Pars» vaksininin klinik testinin ikinci etapında iştirak edən könüllülərin sayını beş yüz nəfər elan edən Mehrabadi bildirib ki, bu etapda iştirak edən könüllülərin hamısı peyvəndin birinci dozasını da vurdurubdur.

Razi adına vaksin və serumqayırma üzrə araşdırma institutunun tədqiqat və texnologiya məsələləri üzrə direktror müavini qeyd edib ki, tezliklə bu vaksinin üçüncü test etapı başlanacaq.

Mehrabadi həmçinin deyib ki, proqnozlara əsasən, avqust-sentyabr aylarından «Razi Kovo Pars» vaksinindən minimum bir milyon doza istehsal olunacaq.

«Razi Kovo Pars» vaksini Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərinə və ən sərt daxili protokollara uyğun olaraq düzəldilməkdə olan/ koronavirusa qarşı yeni tərkibli proteinə malik olan lk inyeksiya-tənəffüs peyvəndidir.

 

Teqlər