İranın 13-cü dövlətinə təklif olunan nazirlərin məclisə təqdimi
-
Seyid İbrahim Rəisi
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi İran İslam Şurası Məclisinin sədrinə məktubda on üçüncü dövlətin nazirlərinin siyahısını etimad səsi almaq üçün məclisə təqdim edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ölkə prezidentinin on üçüncü dövlət üçün təklif etdiyi nazirlərin adları belədir:
1- Doktor İsa Zarepur- rabitə və informasiya texnologiyası nazirliyi
2- Höccətülislam vəlmüslimin Seyid İsmayıl Xətib- təhlükəsizlik nazirliyi
3- Doktor Ehsan Xanduzi- iqtisadiyyat və maliyyə məsələləri nazirliyi
4- Doktor Hüseyn Bağqoli- təlim və tərbiyə nazirliyi
5- Doktor Bəhram Eynullahi- səhiyyə, müalicə və tibbi təhsil nazirliyi
6- Doktor Höccətüllah Əbdülmaliki- kooperasiya, əmək və sosial rifah nazirliyi
7- Doktor Seyid Cavad Sadatinejad- kənd təsərrüfatı cihadı nazirliyi
8- Doktor Hüseyn Əmir Əbdüllahiyan- xarici işlər nazirliyi
9- Doktor Əmin Hüseyn Rəhimi- ədliyyə nazirliyi
10- Briqada generalı doktor Məhəmməd Rza Aştiyani- müdafiə və silahlı qüvvələrə dəstək nazirliyi
11- Muhəndis Rüstəm Qasimi- yol və şəhərsalma nazirliyi
12- Doktor Seyid Rza Fatimi Əmin- sənaye, mədən və ticarət nazirliyi
13- Doktor Məhəmməd Əli Zolfi Qol- elmlər, tədqiqat və texnologiya nazirliyi
14- Doktor Məhəmməd Mehdi İsmaili- islami mədəniyyət və irşad nazirliyi
15- Doktor Əhməd Vəhidi- daxili işlər nazirliyi
16- Mühəndis Seyid İzzətullah Zərğami- mədəni irs, əl işləri sənayesi və turizm nazirliyi
17- Mühəndis Cavad Oci- neft nazirliyi
18- Mühəndis Əli Əkbər Mehrabian- energetika nazirliyi
19- Doktor Seyid Həmid Səccadi Hezaveh- idman və gənclər nazirliyi