İran qızıl və qiymətli daşlar sektorunda ən üstün yeddi istehsalçı ölkə arasındadır
https://azeri.sahartv.ir/news/İran-i380176-İran_qızıl_və_qiymətli_daşlar_sektorunda_ən_üstün_yeddi_istehsalçı_ölkə_arasındadır
İranın qızıl, gümüş və qiymətli daşlar istehsalçıları və İxracatçıları birliyinin sədri vurğulayıb ki, hazırda İran qızıl və qiymətli daşlar sektorunda ən üstün yeddi istehsalçı ölkə arasındadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2021 07:48 Asia/Baku
  • Seyid Höccət Şəfayi
    Seyid Höccət Şəfayi

İranın qızıl, gümüş və qiymətli daşlar istehsalçıları və İxracatçıları birliyinin sədri vurğulayıb ki, hazırda İran qızıl və qiymətli daşlar sektorunda ən üstün yeddi istehsalçı ölkə arasındadır.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Höccət Şəfayi “İran Press” informasiya agentliyinə eksklüziv müsahibəsində bəyan edib ki, qızıl, gümüş və qiymətli daşlar istehsalı sahəsində Hong Kong, Türkiyə, Tailand, Hindistan, İtaliya, Cənubi Koreya və İran fəal işləyirlər.

İranın qızıl, gümüş və qiymətli daşlar istehsalçıları və İxracatçıları birliyinin sədri sonra bildirib ki, istehlak sahəsində də iranlılar dünyada qızıl, gümüş və qiymətli daşlar istehlak edən ilk on beş ölkə arasındadırlar.

Seyid Höccət Şəfayi həmçinin bildirib ki, İranda on səkkizə yaxın qızıl, gümüş və qiymətli daş mədəni qeydiyyata alınıb və rəsmi statistikaya görə, beş mədən daha çox fəaliyyət göstərir.