Avq 20, 2021 11:11 Asia/Baku
  • İran Pakistandakı terror aktına münasibət bildirdi

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Pakistanın Pəncab vilayətində Kərbəla şəhidlərinin anım tədbirlərinə edilən bombalı hücumu sərt şəkildə qınayıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu terror hücumundan dərin narahatçılığını ifadə edən Xətibzadə bu cür qeyri-insani və terror aktlarının hər növünə qarşı mübarizə aparılması lazım olduğunu vurğulayaraq, bu cür əməlləri törədənlərə, təşkilatçılarına, tərəfdarlarına və sponsorlarına qarşı mübarizə aparmaq üçün bütün region ölkələrini əməkdaşlığa çağırıb.  

Pakistanın Pəncab vilayətində Kərbəla şəhidlərinin anım tədbirlərinə bombalı terror aktı nəticəsində 3 nəfər həlak olub, ən az 50 nəfər isə yaralanıb.

Teqlər