Konarəkdə dalğıclıq növündə 2021-ci il beynəlxalq hərbi yarışlarına start verilib
-
DALĞICLIQ YARIŞLARI
İranın Sistan və Bəluçestan vilayətində yerləşən Konarək limanında İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının ev sahibliyi ilə dalğıclıq növündə 2021-ci il beynəlxalq hərbi yarışlarının açılış mərasimi keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, Mərasimdə İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının komandan əvəzi kontr-admiral Həmzə Əli Kavyani və Rusiya dəniz qoşunlarının komandan əvəzi admiral Vladimir Kasatonov iştirak ediblər.
Yarışlarda altı ölkədən yüz idmançıya şamil olan dünya ordularının seçilmiş komandaları iştirak edirlər. Yarışlar avqustun 23-dən sentyabrın ikisinədək davam edəcək.
Qeyd edək ki, İran İslam Respublikası Ordusunun strateji dəniz qoşunları 2016 və 2017-ci illərdə Rusiyada ikinci, 2019-cu ildə isə birinci yeri tutmuşdu. Həmçinin İran İslam Respublikası Ordusunun dəniz qoşunları indiyədək üç dəfə bu yarışlara ev sahibliyi edibdir.