İranın Ənzəli limanında 6-cı "Dəniz Kuboku" müsabiqəsinə statrt verilib
"Dəniz Kuboku" müsabiqəsinin altıncı turu İranın şimalında, Gilan vilayətində yerləşən Ənzəli limanında İran, Rusiya, Qazaxıstan və Azərbaycan Respublikasından olan təxminən 400 idmançının iştirakı ilə başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, "Dəniz Kuboku" müsabiqəsinin altıncı turu çərşənbə axşamı İranın Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının ev sahibliyi və İran Ordusunun dəniz qoşunlarının komandan əvəzi kontr-admiral Həmze Əli Kaviyaninin iştirakı ilə rəsmi şəkildə başlayıb və sentyabrın 4-dək davam edəcək.
Üzən hissədə bu yarışlar suüstü və hava atıcılığı mərhələlərini əhatə edir və iki mərhələdə- dəniz və sahildə keçirilir.
İran İslam Respublikası "Cövşən" və "Peykan" destroyerləri ilə "Dəniz Kuboku"nun altıncı turunda iştirak edir.