Yük maşınlarının yüklənməsi dayandırılıb
https://azeri.sahartv.ir/news/İran-i380517-yük_maşınlarının_yüklənməsi_dayandırılıb
İranın Şərqi Azərbaycan vilayətinin valisi Azərbaycan Respublikası ərazisindən keçən İrandan Ermənistana quru gediş-gəliş istiqamətinin bir hissəsinin Azərbaycan Respublikası qüvvələri tərəfindən bağlanmasına işarə edərək, yük maşınlarından, naməlum müddətədək Nurduz istiqamətinə yük vurmamalarını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2021 13:07 Asia/Baku
  • Nurduz
    Nurduz

İranın Şərqi Azərbaycan vilayətinin valisi Azərbaycan Respublikası ərazisindən keçən İrandan Ermənistana quru gediş-gəliş istiqamətinin bir hissəsinin Azərbaycan Respublikası qüvvələri tərəfindən bağlanmasına işarə edərək, yük maşınlarından, naməlum müddətədək Nurduz istiqamətinə yük vurmamalarını istəyib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Məhəmmədrza Purməhəmmədi belə deyib: İranın Bakıdakı səfirinin elan etdiyinə görə, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı ərazi ixtilaflarına görə, İrandan Ermənistana quru gediş-gəliş istiqamətinin bir hissəsi Azərbaycan Respublikası qüvvələri tərəfindən bağlanıb.

O, sonra söyləyib: Neçənci dəfədir ki, Azərbaycan Respublikası qüvvələri bu yolu bağlayırlar və hal-hazırda iki tərəf arasında barışıq yaratmaq üçün bölgədə Rusiya sərhədçiləri yerləşiblər.

Ermənistanın bu ölkə ərazisindən yeni şose yolunun inşasına dair öhdəliklərini yerinə yetirməməsinə işarə edən İranın Şərqi Azərbaycan vilayətinin valis qeyd edib ki, erməni tərəf kənar bir yol salıbdır ki, qərar üzrə altı ay müddətində onu islah etməli idi, amma hələ bu işi görməyibdir və hal-hazırda yüngül avtomobillər bu kənar yoldan gediş-gəliş edə bilərlər, amma ağır avtomobillər və ticarət malları daşıyan yük maşınları bu torpaq yoldan asanlıqla keçə bilməzlər.

Purməhəmmədi bu vəziyyətin ehtimal üzrə bir neçə gün davam edəcəyini bildirib. O, sonra deyib: Həm gömrük idarələri, həm də daxili işlər nazirliyi tərəfindən lazımi tədbirlər görülür ki, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı ixtilaflar həll olunanadək yük maşınları hələlik Nurduz istiqamətinə yük vurmasınlar.