İran və Rusiya dünya ordularının dalğıclıq yarışlarında birgə çempion olublar
Dərin dalğıclıq üzrə 2021-ci il beynəlxalq hərbi yarışların 6-cı turunda Rusiya ilə İran komandaları birgə çempion olublar.
SəhərAzəri-nin verdiyi məlumata görə, dərin dalğıclıq üzrə 6-cı beynəxalq hərbi yarışların bağlanış mərasimi İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani və bir qrup yüksək rütbəli komandir və yerli rəsmilərin iştirakı ilə Sistan və Bəluçistan vilayətinin Konarək limanında keçirilib və İran ilə Rusiya komandaları birgə çempion olublar.
Məlumata əsasən, Çin və suriya komandaları müvafiq olaraq, ikinci və üçüncü olublar.
Bu yarışlar avqustun 22-dən sentyabrın 1-dək dünyanın 6 ölkəsindən 100 idmançının iştirakı ilə İran Ordusunun strateji dəniz qoşunlarının ev sahibliyi ilə Konarək limanında keçirilib.