General-mayor Səfəvi: "Bizim müdafiə strategiyamız düşməni mənşəyində izləmək və məhv etməkdir"
https://azeri.sahartv.ir/news/İran-i380821-general_mayor_səfəvi_bizim_müdafiə_strategiyamız_düşməni_mənşəyində_izləmək_və_məhv_etməkdir
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib: "Bizim hərtərəfli müdafiədə strategiyamız buna əsaslanmalıdır ki, Tehrandan 3 min kilometr radiusda olan hər hansı bir düşmən ölkəmizə doğru hərəkət etmək istədikdə, onu hərəkətinin başlanğıcında izləyib məhv etməliyik".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2021 16:07 Asia/Baku
  • General-mayor Səfəvi:

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri və köməkçisi deyib: "Bizim hərtərəfli müdafiədə strategiyamız buna əsaslanmalıdır ki, Tehrandan 3 min kilometr radiusda olan hər hansı bir düşmən ölkəmizə doğru hərəkət etmək istədikdə, onu hərəkətinin başlanğıcında izləyib məhv etməliyik".

SəhərAzəri-nin verdiyi məlumata görə, general-mayor pasdar Seyid Yəhya Rəhim Səfəvi bu gün "Şəhid Süleymani adına Müqəddəs Müdafiənin Elm və Maarifinin Araşdırma Mərkəzi"ndə keçirilən "Kaman 99" əməliyyatının təhlili toplantısında deyib: "Silahlı Qüvvələrin Baş Qərargahı, Müdafiə Nazirliyi və bütövlükdə İslam Respublikası quruluşu regional və regiondan kənar düşmənlərin strategiyasına əsasən və hərbi texnologiyalardakı heyrətləndirici inkişafları nəzərə alaraq, müdafiə sahəsində lazımi siyasəti qəbul etməlidir".

"Bu məsələni nəzərə alaraq, müqəddəs İslam Respublikası quruluşunun hərtərəfli müdafiəsi üçün elə bir strategiya qəbul etməliyik ki, Tehrandan üç min kilometr radiusda olan hər hansı bir düşmən İrana doğru hərəkət etmək istədikdə, onu hərəkətinin mənbəyində izləyib, məhv edək, yəni müdafiə dərinliyimiz Tehrandan üç min kilometr radiusda olmalıdır və bu məsafəni qət edə biləcək güclü hava qüvvələrinə ehtiyacımız var".