Sen 07, 2021 20:02 Asia/Baku
  • İran Azərbaycan və Rusiyaya dəniz məhsulları ixrac edəcək

Cari ilin son rübündən başlayaraq İran Azərbaycan və Rusiyaya dəniz məhsullarının ixracını həyata keçirəcək.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu barədə İranın Balıqçılıq Təsərrüfatı Təşkilatının rəhbəri İsa Gülşahi mətbuata məlumat verib. O bildirib ki, dəniz məhsulları və balıq dəmir yolu vasitəsilə Azərbaycandan tranzit olaraq Rusiyaya ixrac ediləcək.

İ.Gülşahi nəzərə çatdırıb ki, İran ilə Azərbaycan dəmir yolu əlaqəsinə malikdir. İxrac ediləcək məhsullar İran Astarasından dəmir yolu vasitəsilə Azərbaycanın Astara şəhərinə, oradan isə Rusiyaya göndəriləcək. Gələcəkdə məhsul istehsalı artacağı təqdirdə İran Azərbaycanın və Rusiyanın dəmir yollarından tranzit olaraq istifadə edərək məhsullarını Avropa ölkələrinə də ixrac edəcək.

Nəzərə çatdırmaq lazımdır ki, İran Xəzər və Oman dənizləri, eləcə də Fars körfəzi sahillərində inkişaf etmiş balıqçılıq təsərrüfatına malikdir. Adıçəkilən su hövzələrindən ildə minlərə ton müxtəlif növ balıq və digər dəniz məhsulları əldə edilir və ixrac üçün böyük potensial yaranıb.

Teqlər