Sen 15, 2021 15:55 Asia/Baku
  • İranda xarici uçuşlar 100 faiz artıb

İran Hava Limanları və Hava Naviqasiya Şirkətinin statistikasına görə, iyun ayında xarici uçuşlar 100 faiz artıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, İran Hava Limanları və Hava Naviqasiya Şirkətinin Məlumat və Statistika Mərkəzi tərəfindən verilən məlumata görə, iyul ayında şirkətin mülkiyyətində olan hava limanlarında cəmi 970 xarici eniş-uçuş həyata keçirilib ki, onların vasitəsilə 100 min 50 sərnişin və 2 milyon 730 min 677 kiloqram yük daşınıb. Bu rəqəmlər keşən ilin iyul ayına nisbətən 100 faiz və cari ilin may ayına nisbətən müvafiq olaraq, 29, 46 və 36 faiz artımı göstərir. 

Həmçinin, iyul ayında İranın dörd ixtisaslaşmış hava limanı yəni Kiş, Qeşm, Çabahar və Maku aeroportlarından təkcə Qeşm aeroportunda 18 xarici eniş-uçuş həyata keçirilib ki, onların vasitəsilə 2 min 13 sərnişin və 53 min 332 kiloqram yük daşınıb. Bu hava limanlarının fəaliyyəti keçən ilin eyni dövrü ilə müqayisədə 100 faiz artıb və əvvəlki aya nisbətən 10 faiz azalıb. 

İyun ayında ən çox xarici uçuş Təbriz-İstanbul və əks istiqamətdə, həmçinin Məşhəd-Nəcəf və əks istiqamətdə qeydə alınıb. May ayında isə Şiraz-Doha marşurutu üzrə ən çox xarici uçuş həyata keçirilib. 

Teqlər