İran filmi Çexiya festivalında
Sen 21, 2021 16:10 Asia/Baku
-
«Topla oyun»
İranın «Topla oyun» sənədli filmi Çexiya Respublikasında keçirilən festivalda göstəriləcək.
SəhərAzəri-nin məlumatına əsasən, Rejissor Hədis Can Bozorginin «Topla oyun» sənədli filmi Çexiya Respublikasında keçirilən idman filmləri üzrə 24-cü beynəlxalq festivalda nümayiş olunacaq.
Bu festival sentyabrın 30-dan oktyabrın onunadək Liberets şəhərində keçiriləcək. Onun himayədarı, Beynəlxalq Film İstehsalçıları Birliyi Federasiyasıdır.
Bu federasiya milli olimpiya komitəsinin himayəsi altında olan yetmiş ölkəni əhatə edir.
İran gənclərinin kino cəmiyyətinin məhsullarından olan «Topla oyun» sənədli filmi problemlərlə üzləşən bir futbolçu kəndli qadının həyatından bəhs edir.
Teqlər