Sen 23, 2021 21:13 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

«Şəhidlərin pak qanları İran İslam Respublikasının haqlılığını tarixin vücudunda qeydə aldırdı.»

SəhərAzəri-nin məlumatına əsasən, Bunu, İslam İnqilabının Böyük Rəhbəri Müqəddəs Müdafiənin şəhidləri və müharibə veteranlarının əməklərinin dəyərləndirilməsi münasibətilə bu gün verdikləri müraciətdə bldiriblər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin müraciətində belə deyilir: Müqəddəs Müdafiə Həftəsi yüksək dərəcəli şəhidlərin adları və xatirələri ilə bəzənib. Onların və digər müharibə veteranlarının xaliscəsinə fədakarlıqları qələbəni İran xalqına hədiyyə etdi və onların pak qanları İran İslam Respublikasının haqlılığını tarixin vücudunda qeydə aldırdı.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə vurğulayıblar: Bu, o fədakarlıq öncüllərinin böyük dərsidir; xaliscəsinə səy olan yerdə qələbə və başıucalıq da var; İran xalqı bu böyük yadigarı heç vaxt unutmayacaq.

Həzrət Ayətullahuluzma Xamenei daha sonra belə vurğulayıblar: Allahın salamı şəhidlərə, şəhid verənlərə, bütün müharibə veteranlarınə və onların rəhbəri- İmam Ruhullaha olsun.

İraqın məhv edilmiş diktatoru Səddamın rejiminin təcavüzkar ordusu 1980-ci il sentyabrın 22-də müxtəlif silahlardan istifadə ilə İrana qarşı geniş hücumlara başladı.

Sentyabrın 22-si, İran təqvimində müqəddəs müdafiə həftəsinin başlanması günüdür.

 

Teqlər