Sen 24, 2021 15:41 Asia/Baku
  • Əli Ləndi
    Əli Ləndi

Son vaxtlar iki qadını xilas etmək üçün özünü alovun içinə atan «İzə»li fədakar yeniyetmə- Əli Ləndi Əhvaz və İsfahanda bir neçə gün müalicə olunduqdan sonra dünyasını dəyişib.

SəhərAzəri-nin məlumatına əsasən, İzə-nin icra başçısı bu xəbəri təsdiq edib. Bildirib ki, bizim hekayətimizin on beş yaşlı qəhrəmanı- Əli Ləndi iki həftə bundan qabaq qonşunun evində yanğının baş verdiyini görərkən yanğında ilişib qalmış iki qadını xilas etmək üçün hərəkətə keçib və onları alovun əlində çıxarıb, özü isə ağır dərəcəli yanığa düçar olub.

Həsən Nübuvvəti bildirib ki, Əli Ləndi layiqli İran yeniyetmələri və gənclərinin bariz nümunəsidir. O, göstərdi ki, fədakarlıq əhval-ruhiyyəsi yeni nəsil arasında da mövcuddur.

Nübuvvəti qeyd edib ki, İranın daxili işlər naziri şəxsən İsfahan valisinə bu fədakar yeniyetmənin müalicəsinin izlənilməsi barədə göstəriş vermişdi, amma təəssüflə, yanma dərəcəsinin yüksək olmasına görə, sonda həkimlərin əlindən bir iş gəlmədi.

 

Teqlər