Sen 25, 2021 11:15 Asia/Baku

İran İslam Respublikasının xarici işlər naziri cümə günü Nyu Yorkda ABŞ mediasının nümayəndələri ilə görüşündə, İranın yeni hökumətinin Vyana danışıqlarını nəzərdən keçirdiyini bəyan edərək, qeyd edib ki, Vyana danışıqlarının nəticəsini ABŞ-ın davranışları müəyyən edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahiyan jurnalistlərlə bu görüşdə, nüvə anlaşması ilə bağlı ABŞ-ın bir tərəfdən nüvə anlaşmasına qayıtmağın vacibliyini vurğulayaraq, İrandan Vyana danışıqlarına qayıtmasını istədiyi bir halda, digər tərəfdən,  İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini bəyan edərək, bu davranışın paradoksal olduğunu və konstruktiv bir mesajı daşımadığını söyləyib. 

Əmir Abdullahiyan, ABŞ prezidenti Co Baydenin hakimiyyətə gəldikdən sonra ziddiyyətli açıqlamalardan başqa heç bir konstruktiv hərəkət etmədiyini qeyd edərək, deyib: "Rəsmi Tehran Baydenin praktiki davranışına əsasən qərar verəcək".

İran İslam Respublikasının xarici işlər naziri, İranın yeni hökumətinin işə başladığı andan etibarən nüvə anlaşması ilə bağlı müzakirələrin davam etdirilməsi vacibliyi, Əhatəli Müştərək Təşəbbüs Proqramından uzaqlaşmamaq və bütün tərəflərin nüvə anlaşmasına geri dönməsinə dair açıq və birmənalı siyasətini elan etdiyini xatırladaraq, bu pəncərənin həmişəlik açıq olmayacağını söyləyib. 

Əmir Abdullahiyan regional məsələlərlə bağlı da Fars Körfəzində müzakirələrin cərəyan etməsini, Suriya və Yəməndə sülhün təmin edilməsi üçün konstruktik təşəbbüsləri, həmçinin Əfqanıstanda əhatəli bir hokumətin qurulmasını və İraqın inkişaf və tərəqqisini İranın xarici siyasətinin prioritetləri adlandırıb.