İran PUA istehsalında müstəqil olub
-
general Şəhram Həsənnejad
İran İslam Respublikası Ordusunun Həzrət Vəliyyi Əsr(əc) adına PUA Qrupunun komandanı deyib ki, İranda istifadə olunan bütün pilotsuzlar yerli və iranlı gənclərin əllərinin məhsuludur.
SəhərAzəri-nin məlumatına əsasən,İkinci dərəcəli briqada generalı Şəhram Həsənnejad «Xeybər Fatehləri» hərbi təlimlərinin
kənarında İranın kəşfiyyat və döyüş PUA-larının istehsalı sahəsindəki diqqətəlayiq irəliləyişlərinə işarə ilə bildirib ki, kəşfiyyat və mühafizə pilotsuzlarının işlədilməsilə iri «Xeybər Fatehləri» hərbi təlimlərinin birinci hissəsi həyata keçirilib.
İran İslam Respublikası Ordusunun Həzrət Vəliyyi Əsr(əc) adına PUA Qrupunun komandanı sonra deyib ki, bu hərbi təlimlərdəki diqqətəlayiq cəhət, İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının/ hərbi təlimlər zamanı istifadə olunan və bütün informasiyaların dərhal komandanlıq mərkəzinə göndərildiyi kəşfiyyat PUA-larından bəhrələnməsi olubdur.