Xeybər döyüşünün tarixçəsi
https://azeri.sahartv.ir/news/İran-i381674-xeybər_döyüşünün_tarixçəsi
İslam Peyğəmbəri(s.ə.s)-in Xeybər yəhudiləri qarşısındakı döyüşlərindən olan Xeybər döyüşü, Xeybər qalalarının fəth olunması ilə nəticələnib və müsəlmanlar bu döyüşdə qalib gəliblər.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 01, 2021 18:51 Asia/Baku
  • Xeybər döyüşünün tarixçəsi
    Xeybər döyüşünün tarixçəsi

İslam Peyğəmbəri(s.ə.s)-in Xeybər yəhudiləri qarşısındakı döyüşlərindən olan Xeybər döyüşü, Xeybər qalalarının fəth olunması ilə nəticələnib və müsəlmanlar bu döyüşdə qalib gəliblər.

SəhərAzəri-nin məlumatına əsasən, Xeybər döyüşü yeddinci hicri qəməri ilində yəhudilərin müsəlmanlara qarşı militarizmləri, hərəkətləri və hərbi çaxnaşmalarının mərkəzi olan Xeybərin aradan götürülməsi ilə islami cəmiyyətdə asayiş və təhlükəsizlik yaratmaq və pozğun amillərin tərkisilah edilmələri məqsədilə həyata keçirilib.

Xeybər ibri dilində qala deməkdir və bu bölgə yeddi qala vasitəsilə əhatə olunduğu üçün ona Xeybər deyirdilər.

Bir çox eniş-yoxuşdan sonra Mədinə şəhərində islami hökumətin dayaqları yerləşdi. Allahın Peyğəmbəri(s.ə.s.) ilə bağladıqları əhd-peymanı pozduqlarına görə, nəhs taleyə düçar olmuş Mədinə şəhərində və onun ətrafındakı yəhudilərin bir qrupu həmin döyüşdə öldürüldü və «Bəni Qəyniqa» və «Bəni Nəzir» kimi bəzi qəbilələr də Xeybər bölgəsinə köçürüldülər.

Tədricən düşmənçiliklər üzə çıxdı və hicrətin yeddinci ilində Allahın Peyğəmbəri(s.ə.s.) Hudəybiyyə sülhündən sonra yerdə qalan yəhudilərlə Ələrəb adasında döyüşmək fürsəti əldə etdi. Bu döyüş İmam Əli(ə)-ın komandanlığı altında müsəlmanların qələbəsi ilə nəticələndi.