"Düşmənlərin hər hansı bir cahil hərəkətinə dağıdıcı cavab veriləcək"
https://azeri.sahartv.ir/news/İran-i381679-düşmənlərin_hər_hansı_bir_cahil_hərəkətinə_dağıdıcı_cavab_veriləcək
İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Məhəmməd Rza Aştiyani düşmənlərin hər hansı bir ağılsız və cahil hərəkəti barədə xəbərdarlıq edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 02, 2021 08:11 Asia/Baku

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Məhəmməd Rza Aştiyani düşmənlərin hər hansı bir ağılsız və cahil hərəkəti barədə xəbərdarlıq edib.

SəhərAzəri-nin məlumatına əsasən, briqada generalı Məhəmməd Rza Aştiyani öz tvitter səhifəsində yazıb: "Şübhəsiz İran millətinin düşmənləri, istənilən ağılsız və cahil hərəkətin qarşılığında, dağıdıcı bir cavab alacaqlar və ağır bədəl ödəyəcəklər"

İran İslam Respublikası Ordusunun quru qoşunlarının "Xeybər Fatehləri" adlı hərbi təlimləri cümə günündən etibarən, 216 və 316-cı zirehli briqada, 25-ci briqada, 11-ci topçu qrupu, PUA qrupu, 433-cü döyüş mühəndisliyi və vertolyotların iştirakı ilə İranın şimal-qərb bölgəsində geniş bir ərazidə start götürüb.