Sionist rejimin bölgədəki bütün hərəkətləri nəzarət altındadır
https://azeri.sahartv.ir/news/İran-i381720-sionist_rejimin_bölgədəki_bütün_hərəkətləri_nəzarət_altındadır
«İslami İranın düşmənləri diqqət etsinlər ki, sionist İsrail rejiminin bölgədəki bütün hərəkətlərini izləyir və nəzarət altında saxlayırıq.»
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2021 10:22 Asia/Baku
  • general Əli Hacılı
    general Əli Hacılı

«İslami İranın düşmənləri diqqət etsinlər ki, sionist İsrail rejiminin bölgədəki bütün hərəkətlərini izləyir və nəzarət altında saxlayırıq.»

SəhərAzəri-nin məlumatına əsasən, Bunu, İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının şimal-qərb bögəsi qərargahının komandanı vurğulayıb.

Briqada generalı Əli Hacılı müxbirlər qarşısında bildirib ki, İran İslam Respublikası qonşu ölkələrə heç bir tamah gözü ilə baxmır. O, qeyd edib ki, bu ölkəyə hər kəs müdaxilə edibdirsə, İran İslam Respublikası qüvvələrinin müdafiəsilə üzləşibdir.

«Xeybər Fatehləri» hərbi təlimlərində tələfatın olduğunu təkzib edən general Hacılı bildirib ki, bu hərbi təlimlərdə heç bir hadisə baş verməyib və düşmənlər hərbi təlimləri sual altına almaq və mənfi atmosfer yaratmaq niyyətindədirlər.

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının şimal-qərb bögəsi qərargahının komandanı sonra belə söyləyib: Həmçinin yayılan xəbərlərin əksinə olaraq, qonşu ölkələrə qarşı heç bir hava təcavüzü həyata keçirilməyib və hərbi təlimlərin bütün mərhələləri film formasında qeydə alınıbdır.